Simonyan azərbaycanlı həmkarı ilə görüşündən danışdı

Alen Simonyan

“Ötən həftə Sankt-Peterburqa səfərim zamanı azərbaycanlı həmkarımla qısa söhbətim oldu”. 

Globalnfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyan Bakı və İrəvan arasında sülh prosesinin dalana dirəndiyi fikri ilə razılaşmadığını söyləyib:

“Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak etdik. Bu çərçivədə azərbaycanlı həmkarımla görüşümüz oldu. Ölkələrimiz arasında sülh prosesinin dayandığını düşünmürəm”.

Ayşən Mustafa
Globalinfo.az