674f0f4a bca7 4456 a3f9 80849016b25d

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı (husilər) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanına və “Saudi Aramco” milli neft şirkətinin obyektlərinə zərbələr endirdiyini iddia edib.

Globalinfo.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria məlumat verib.

Bildirilib ki, husilər çoxsaylı ballistik və qanadlı raketlərdən, həmçinin pilotsuz uçuş aparatlarından istifadə etməklə altı əməliyyat həyata keçiriblər.

Bundan başqa, Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərində Milli Qvardiyanın düşərgəsinə də zərbələr endirildiyi iddia olunur. Hücumların hədəfində, həmçinin Yəmənin Əl-Cövf vilayətinin şərqində və Mərib vilayətində Səudiyyə qoşunlarının toplandığı ərazilər olub.

Husilərin iddiasına görə, əməliyyatlar nəticəsində çoxsaylı hərbçi həlak olub və yaralanıb.

Paylaş: