Sərxoş sürücü 9 piyadanı əzdi, 5-i öldü – VİDEO

Rusiyanın Blaqoveşensk şəhərində yüksək sürətlə hərəkət edən avtomobil səkidə piyadaları vurub, ölənlər var. İlkin məlumatda qeyd olunub ki, hadisə zamanı “minivan” və motosiklet toqquşub, daha sonra avtomobilin sürücüsü idarəetməni itirərək səkidəki piyadaları əzib.

Globalinfo.az xəbər verir ki, bu barədə İzvestiya.az nəşri məlumat yayıb.

Məlumata görə, Vasilenko küçəsində baş verən hadisə zamanı 9 nəfər xəsarət alıb, onlardan 5-i ölüb. Həyatını itirənlərin üçü uşaqdır.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb sürücünü sərxoş vəziyyətdə avtomobili idarəetməsi olub.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.