Serbiyanı qarışdıran olayların nəticəsi – Seçki keçirilir

Bu gün Serbiyanın paytaxtı Belqradda yenidən parlament və yerli özünüidarəetmə ilə bağlı seçkilər keçirilir.

Globalinfo.az xəbər verir ki, bunun üçün artıq seçki məntəqələrinin açıldığı bildirilir.

Dekabrın 17-də ölkədə keçirilən seçkilərin nəticələri ilə razılaşmayan Serbiya Zorakılığa Qarşı müxalifət blokunun tərəfdarları, səsvermənin nəticələrinin nəzərdən keçirilməsi üçün ard-arda genişmiqyaslı etiraz aksiyaları təşkil etdilər.

Nəticədə Respublika Seçki Komissiyası dekabrın 30-da Serbiyada keçiriləcək parlament seçkiləri üçün 35 seçki məntəqəsində ikiqat səsvermə təyin edib. Ölkədə isə ümumilikdə 8600-ə yaxın seçki məntəqəsi var.

Xatırladaq ki, Serbiyada keçirilən kütləvi aksiyalar “Qərbyönümlü müxalifətin etirazlarl” adı ilə təqdim olundu. Dünya mediasını bunu inqilab adlandırsa da, Prezident Aleksandar Vuçiç elə bir şey olmadığını bildirdi.

Əliyar Xəlil
Globalinfo.az