SEPAH zabitlərinə gözlənilməz hücum: Ölən və yaralananlar var

İranın Fars əyalətinin Nurabad şəhərində “Bəsic” birləşməsinin (İslam İnqilabı Keşikçiləri Korpusuna daxildir) zabitlərinə silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Globalinfo.az “Report”a istinadən istinadən xəbər verir ki, bu barədə Fars əyalətinin rəhbərinin siyasi məsələlər üzrə müavini İsmayıl Kazal Sofli bildirib.

“İki naməlum şəxs “Bəsic” qüvvələrinin əməkdaşları istiqamətində nizamsız atəş açıb. Nəticədə bir zabit ölüb, 3 nəfər xəsarət alıb”, – rəsmi bildirib.

Onun sözlərinə görə, naməlum şəxslər hadisəni motosikletdə hərəkət edərək törədiblər. Şübhəli şəxslər hadisə yerindən qaçıblar.

Onların axtarışına başlanılıb.