Şəmkirdə qardaşlar silahla vətəndaşa xəsarət yetirdi

Fevralın 2-də Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zabil Aslonova odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən şəxslər elə həmin gün saxlanılıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.

Saxlanılan Bahəddin və Babək Bayramlı qardaşlarından Bahəddin Bayramlıya məxsus avtomobildən cinayət aləti olan 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürüldüyü qeyd olunub.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Şübhəli şəxslər barəsində Cinayət Məcəlləsinin müfaviq maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.