Samirə Əşrəfi maşın vurdu

Jurnalist Samirə Əşrəfi avtomobil vurub.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə o evdən çıxıb işə gedərkən baş verib.

Hadisə zamanı jurnalist dizlərindən və qaşından yaralanıb. O, hazırda Kliniki Tibbi Mərkəzdə müayinə olunur.

Samirə Əşrəfova yaralarının ciddi olmadığını və müayinədən sonra evə buraxılacağını bildirib.