VID 20260403 115528 00.01.13.645

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun Muğanlı kənd tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulunda rayonun-hüquq mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Globalinfo.az-ın xəbərinə görə, RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, artan hərbi gücündən söz açaraq bildirib ki, bu strategiya həm də beynəlxalq miqyasda Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirməklə yanaşı, ümumilikdə regionda sülh və sabitliyin təminatına xidmət edir. Dövlətimiz son illərdə beynəlxalq aləmdə nüfuzunun artması, milli maraqlarını uğurla müdafiə etməsi və öz suverenliyini bərpa etməsi sayəsində regionda lider kimi çıxış edir.

Vətəndaşların səsləndirdikləri müxtəlif məzmunlu müraciətlərin qanunvericiliyə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında tapşırıqlar verilib.

VID 20260403 115528 00.22.16.275VID 20260403 115528 00.34.28.179VID 20260403 115528 00.37.28.208VID 20260403 115528 00.38.39.760VID 20260403 115528 00.41.06.555

Paylaş: