Şagirdlərin qeyri-etik davranışı: ailələrlə bağlı QƏRAR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı ailələri nəzarətə götürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarında iş aparılır:

“Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.