Sabirabadda ticarət obyektləri yanır

Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad-Saatlı yolunun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin ərazidə yerləşən bir neçə bitişik ticarət obyektində yanğın baş verib.

Hadisə yerinə FHN-in Sabirabad və Saatlı yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb ounub. Yanğın söndürülüb və digər obyektlərə keçilməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.