Sabirabadda qəza zamanı iki nəfər xəsarət alıb

Sabirabadda baş verən yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Qaratəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı avtomobil digər avtomobillə toqquşub.

Qəza nəticəsində rayonun Qaratəpə kənd sakinləri, 1998-ci il təvəllüdlü Məmmədov Alişan Zülfüqar oğlu və 1986-cı il təvəllüdlü Həsənov Elşad Mirzəxan oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Hər iki yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.