Sabirabadda qatarla traktor toqquşdu: ölən var

Sabirabadda qatarla traktor toqquşub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Xəlifəli kəndində qeydə alınıb. Qorunmayan dəmiryolu xəttini keçən traktoru qatar vurub. Nəticədə traktorun sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı xətt polisində araşdırma aparılır.