Sabirabadda iki avtomobil toqquşdu: yeddi nəfər xəsarət aldı – ADLAR / FOTO

Sabirabadın Qaragüney kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, VAZ markalı minik avtomobillərinin toqquşması nəticəsində yeddi nəfər xəsarət alıb.

Xəsarət alan kənd sakinləri, 1963-cü il təvəllüdlü Vahid Heybət oğlu Aslanov, 1995-ci il təvəllüdlü Xanımzər Cavanşir qızı Aslanova, 2020-ci il təvəllüdlü Zəkiyyə Rahil qızı Aslanova, 1996-cı il təvəllüdlü Cavanşir Məmmədağa oğlu Cəfərov, 1975-ci il təvəllüdlü Lətif Həşimxan oğlu Qasımov, 1967-ci il təvəllüdlü Hicran Ədil qızı Cəfərova, 1983-cü il təvəllüdlü Samit Ağahüseyn oğlu Vəsilov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.