Sabirabadda 1 yaşlı uşaq qızılcadan öldü – YENİLƏNİB

2022-ci il təvəllüdlü azyaşlı noyabrın 30-da saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub: “Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı dekabrın 1-də saat 00:15 radələrində vəfat edib”.

TƏBİB-dən o da bildirilib ki, azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub, valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb.

***10:17

Sabirabadda 1 yaşlı uşaq ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, A.N (şərti ad) xəstəxanada ölməsi ilə bağlı məlumat daxil olub.

İlkin araşdırmalarla onun qızılcadan öldüyü ehtimal edilir.

Araşdırma aparılır.