Rusiyalı siyasətçi etiraf etdi: “Onu mən öldürdüm” – FOTO

Rusiyada əvvəllər Tver Şəhər Dumasına deputatlığa namizəd olmuş siyasətçi Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyi üçün saxlanılıb.

Globalinfo.az xəbər verir ki, siyasətçi qətli “VKontakte” sosial şəbəkə hesabında paylaşımında qətli etiraf edib.

Y.Nikolski paylaşımda həyat yoldaşını qətlə yetirdiyini, doğru etdiyini düşündüyünü və lazımı cəzanı çəkəcəyini yazıb.

Məlumata görə, o, paylaşımdan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yekaterina Nikolskayanın 36 yaşı olub. Onların 11 aylıq qızı var.

Ayşən Mustafa
Globalinfo.az