Rusiya Serbiyada gözlənilən dövlət çevrilişinə cəhd barədə ölkə hakimiyyətinə xəbərdarlıq edib.
Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
Prezident bildirib ki, çevrilişin təşkilatçıları Qərb ölkələrinin nümayəndələridir:
“Bu gün Rusiya Federasiyasından rəsmi məlumat aldıq. Məlumat rəsmi kanallar vasitəsilə daxil olub, biz bununla məşğuluq”.
İyulun 22-də prezident Vuçiç bildirib ki, Qərb ölkələri Rusiya ilə birbaşa hərbi toqquşmaya fəal şəkildə hazırlaşır.
“Zorla nəyəsə nail olacaqlarını xəyal edənlər bunu bacarmayacaqlar. Serbiya yorulmadan irəliləyir və bunu dayandıra bilməzlər. Bu mənim hamıya mesajımdır və insanlarımızın narahatlığına əsas yoxdur”, – deyə Vuçiç vurğulayıb.