s%C9%99fir

Rusiyanın Macarıstandakı səfiri Yevgeni Stanislavov Zakarpatiyanın hədəfə alınmasına görə, bu ölkənin  Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Nəşr bildirib ki, Stanislavov rəsmi çağırış əsasında Xarici İşlər Nazirliyinə gəldikdən 30 dəqiqə sonra binanı tərk edib. O, burada qurumun rəhbəri Anita Orbanla görüşüb.

Rusiya səfirinə dedim ki, bizim üçün hazırda etnik macar azlığının yaşadığı Zakarpatiyanın hücuma məruz qalması tamamilə qəbuledilməzdir. Rusiya dərhal atəşkəsin təmin olunması və müharibənin sülh yolu başa çatdırılması üçün hər şeyi etməlidir”, – deyə Anita Orban vurğulayıb.

Nəşr qeyd edib ki, Zakarpatiyaya hücumla bağlı Rusiya səfirinin XİN-ə çağırılması Budapeştlə Moskva arasındakı münasibətlərdə kurs dəyişikliyinin göstəricisi hesab olunur. Bildirilir ki, Anita Orbandan əvvəl xarici işlər naziri olmuş Peter Siyarto Rusiyanın Ukraynaya hücumlarından sonra heç vaxt səfiri XİN-ə çağırmayıb.

Zakarpatiya Vilayət Dövlət Administrasiyasının rəhbəri Miroslav Biletski bildirib ki, bu, Rusiyanın genişmiqyaslı işğalından bəri əraziyə etdiyi kütləvi hücum olub. Onun sözlərinə görə, vilayətin bir neçə icmasında partlayış səsləri eşidilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: