qTyKs5lDYfgHy1HZEGbGNYmeMjzALpZIK2c4eu9B 1200

Lənkəranda fərdi yaşayış evində güclü yanğın baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, yanğın hadisəsi şəhərin Mirzə Fətəli Axundov küçəsində üç ailənin yaşadığı evdə baş verib. Hadisə zamanı evdə olan 8 nəfər təxliyə olunub.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub. Külək alovun sürətlə yayılmasına şərait yaradıb. Əraziyə cəlb olunan yanğınsöndürənlərin müdaxiləsindən sonra alovun qarşısı alınıb.

6afc5a010c6516afc5a010c65217949230096afc5a010c64f6afc5a010c650 6afc5a01652636afc5a016526417949230096afc5a016525f6afc5a0165261

Paylaş: