
ABŞ-ın Akron şəhərində partlayıcı kimyəvi maddələrin saxlandığı anbarda güclü yanğın başlayıb. Bununla əlaqədar sakinlər evlərindən təxliyə edilir.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, anbarda metanol, ksilol və propan kimi maddələr saxlanılır.
Şahidlərin sözlərinə görə, yanğın ərazisində güclü kimyəvi qoxu hiss olunur.
Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.