Rusiya Aerokosmik Qüvvələri və Çin Hərbi Hava Qüvvələri Sakit Okean üzərində birgə hava patrul xidməti həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb .
Nazirlik bildirib ki, 11-ci birgə strateji patrul Yapon dənizləri və Şərqi Çin dənizlərinin hava məkanında, eləcə də qərbi Sakit Okeanda həyata keçirilib.
Qeyd olunur ki, bu, Moskva və Pekinin regional sülh və sabitliyin qorunmasına ortaq öhdəliyini nümayiş etdirir.
Əliyar Xəlil
Globalinfo.az