Rusiya Qarabağdan çıxsa, bu 4 vacib yeri itirəcək – Erməni politoloq

Ruslar başa düşürlər ki, Qarabağdan getsələr, Cənubi Qafqaz, sonra Mərkəzi Asiya, sonra isə Şimali Qafqaz və bütün Volqa boyunu itirəcəklər.

Globalinfo.az xəbər verir ki, bu sözləri öz feysbuk səhifəsində erməni politoloq Stepan Daniyelyan paylaşıb.

“Ruslar müqəddəs deyillər və bizim problemlərimizə görə əziyyət çəkmirlər. Onlar öz problemlərini həll edirlər. Türklərə bizim hesabımıza güzəştə gedirlər ki, Ukraynada yekunun nə olacağı bilinənə qədər zaman qazansınlar. Onlar ən uyğun məqamda əvvəlcə Türkiyə, sonra isə Azərbaycandan revanş götürməyə çalışacaqlar”, – o bildirib.

Zaira Akifqızı
Globalinfo.az