kursk

Zaporojye vilayətinin Huliaipole şəhəri istiqamətində şimal-şərq və cənub-şərqdən hücum əməliyyatları başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə hərbi bloger Timofey Ermakov öz Teleqram kanalında məlumat yayıb.

Ermakovun sözlərinə görə, hücum Rivnepillia və Marfopol istiqamətlərindən start götürüb.

O bildirib ki, Rusiya qoşunları Dorojnianka kəndinin cənubundakı Ukrayna Silahlı Qüvvələrinin dayaq məntəqələrini yarmaq cəhdlərini davam etdirir.

Hərbi bloger qeyd edib ki, “Qulyai-Polyenin azadlığı əməliyyatının” aktiv mərhələsi artıq başlayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: