resad

Əməkdar artist Rəşad Bəxtiyarov Sabunçu rayonundakı qəbiristanlıqda dəfn olunacaq.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a aktyorun sənət dostu Cümşüd Zeynalov məlumat verib.

Onun sözlərinə görə, dəfn mərasimi bu gün günortadan sonra üçün nəzərdə tutulub.

***11:18

Akademik Milli Dram teatrının aktyoru, Əməkdar artist Rəşad Bəxtiyarovun ölüm səbəbi məlum olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, uzun müddətdir ki, ağ ciyərlərində yaranan xəstəlikdən əziyyət çəkirdi.

***10:58

Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə aktyorun sənət dostları sosial mediada məlumat yayıb.

Aktyor bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

Xatırladaq ki, R.Bəxtiyarov 1978-ci il dekabrın 25-də Bakıda anadan olub.

O, “Həqiqət işığında”(Mirzəyev) və “Bəyaz həyat” (Sonanın oğlu) telefilmlərində çəkilib. R.Bəxtiyarov 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülüb.

Paylaş: