İran prezidentindən Qriqoryana: Razı deyilik!

“İran Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir və alqışlayır”.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanla görüşündə deyib.

Rəisi İranın Cənubi Qafqazın strateji təhlükəsizliyi və Tehranın “qırmızı xətləri”ndən bəhs edib. O, Tehranın problemin həlli adı altında xarici qüvvələrin regiondakı proseslərdə iştirakına razı olmadığını vurğulayıb.

Bildirib ki, xarici qüvvələrin regionda mövcudluğu problemlərin daha da böyüməsinə səbəb olacaq.

Qeyd edək ki, Mqer Qriqoryan hazırda İranda səfərdədir.

Ayşən Mustafa
Globalinfo.az