AP24067470431181 pic4 zoom 1500x1500 77224

“Roma qarşıdan gələn Olimpiya Oyunları zamanı bütün qlobal münaqişələrdə müvəqqəti atəşkəsdə israr edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib.

“İtaliya getdikcə daha çox sülh, inkişaf və böyümənin kəsişmə nöqtəsinə çevrilir. Milanda keçiriləcək Olimpiya Oyunlarını nəzərə alaraq, biz Birləşmiş Millətlər Təşkilatına (BMT) Ukrayna və Yaxın Şərqdəki hadisələr də daxil olmaqla, bütün münaqişələr üçün Olimpiya barışığı təklifi təqdim edirik “, – o bildirib.

Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 22-dək İtaliyada keçiriləcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: