t6 1

Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi başa çatıb.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçuları, NATO nümayəndə heyəti və monitorinq qrupu təlimin gedişatını izləyiblər.

Əvvəlcə təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında ətraflı məlumat verilib, qarşıda duran məqsədlər izah olunub.

Sonra təlim iştirakçıları tərəfindən tapşırıqlar praktiki olaraq yerinə yetirilib. Bölmələrin fəaliyyəti, həmçinin şəxsi heyətin hazırlığı, bilik və bacarıqları təlimin gedişatını izləyənlər tərəfindən yüksək qiymətləndirilib.

Sonda fərqlənən hərbi qulluqçulara sertifikat, fəxri fərman və digər mükafatlar təqdim edilib.

695c7fd14b2cedb52ca134dd959b20d4a40965cbee30c1cf09c918a333683e0787e67ce05b81081b38736aca5a2982d5b98b6e9510a14b0391a186f32c1fed71

fa9495b84ea4258b01cb428a9a97d2a7

Paylaş: