Qoçuluq edib yolu kəsdi: “Sən bilmirsən, hələ mən kiməm” – VİDEO

Masazır dairəsində sürücü yol hərəkət qaydasını kobud şəkildə pozub.

Globalinfo.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə fevralın 27-də baş verib.

Belə ki, 99-OT-777 qeydiyyat nişanlı “Porsche” markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcının keçilməsi qaydasını pozaraq qəza şəraiti yaradıb.

Görüntünü qeydə alan sürücü qəzanın qarşısını almaq məqsədi ilə səs siqnalı verən zaman o, bundan qəzəblənərək yolu kəsib. Avtomobildən düşən sürücü haqsız olduğu halda mübahisə etməyə başlayıb.

Görüntünü qeydə alan sürücünün sözlərinə görə, mübahisənin sonunda o, “sən bilmirsən, hələ mən kiməm” deyərək ərazidən uzaqlaşıb.

Sözügedən videonu təqdim edirik: