Lionel Messi futbol bacarıqlarını gənc yaşlarında göstərib, “Qızıl top” mükafatına ən real namizəd Lamin Yamaldır.
Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Əməkdar məşqçi “Qızıl top” mükafatına bir çox oyunçunun layiq olduğunu söyləyib:
“Qızıl top mükafatı futbolçuya dünya çempionatı və digər nüfuzlu turnirlərdəki çıxışlarına əsasən təqdim olunur. Hazırda Avropada istedadlı oyunçular çoxluq təşkil edir. Son dünya çempionu İspaniya oldu. Yığmanın heyətində həm texnikasına, həm oyun üslubuna, həm də yaşına görə Lamin Yamalı fərqləndirərdim. Düşünürəm ki, bu mükafata ən real namizədlərdən biri odur. Düzdür, Lionel Messinin adı da siyahıda var. Amma etiraf etməliyik ki, Messi nə edibsə, gənc yaşlarında edib. Baxmayaraq ki, dünya çempionatında da qollar vurdu. Lakin Yamalı xüsusi fərqləndirirəm. Yamalın özünə xas oyun üslubu var”.
Qeyd edək ki, “France Football” jurnalı 2025/2026 mövsümünün yekunlarına əsasən “Qızıl top” mükafatına namizəd 30 futbolçunun adını açıqlayıb.