Qəzaya düşən sürücünün köməyinə FHN çatdı – VİDEO

Zaqatalada yol qəzasında xəsarət alan şəxs xilas edilib.

Globalinfo.az FHN-nə istinadən xəbər verir ki, “112” qaynar xəttinə Gözbarax kəndində yol qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in DYM Xidmətinin Zaqatala Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA Sorento”” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb. Avtomobilin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər minik avtomobilində sıxılı vəziyyətdə qalan 1989-cü il təvəllüdlü Qurbanov Rövşən Əbdulsalam oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.