Qəzaya düşən PFL əməkdaşları belə xilas edildi – VİDEO

Xəbər verdiyimiz kimi, Ağdamda mikroavtobusun maneəyə çırpılması nəticəsində ağır qəza baş verib.

Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, ağır qəza nəticəsində xəsarət alanlar PFL-in (Peşəkar Futbol Liqası) rəhbər şəxsləri olub.

Əldə etdiyimiz məlumata görə, mikroavtobusda qəzaya düşənlərin vəziyyəti belədir:

Bakı sakini Səmədov Elxan Zakir (14.01.1974) – Sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı;

Bakı sakini Abdullayev Sənan Məstəli (24.06.1984) – Hər iki ayaq pəncəsinin əzilməsi;

Bakı sakini Şahgəldiyev Aslan Yadigar (31.08.1981) – L1 fəqərənin kompression sınığı;

Bakı sakini Qafarlı Rasim Məmmədrəsul (20.06.1982) – Sağ diz oynaqğının əzilməsi;

Bakı sakini Abbasov Elgiz Rafiq (26.04.1990) – Sağ diz nahiyə əzilməsi;

Bakı sakini Hacıməhərrəmov Zaur Tahir (16.06.1981) – Burunun küt travması.

Qeyd edək ki, mikroavtobusda qəzaya düşənlər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev PFL-in vitse-prezidentidir.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mersedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.