Qərbin Rusiyaya ikili münasibəti: Verilən sözlər tutulmur

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar tətbiq edilən kütləvi anti-Rusiya sanksiyaları fonunda Rusiya ilə əməkdaşlığı dayandırmağa söz verən xarici şirkətlərin yalnız kiçik bir hissəsi faktiki olaraq ölkə bazarını tərk edib.
Globalinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, İsveçrənin Sankt-Qallen Universitetinin tədqiqatçılarının fikrincə, Avropa İttifaqı və G7 şirkətlərinin 9%-dən az hissəsi Rusiyanı tərk edib.
WP-nin məlumatına görə, BMW, “Mercedes”, “Apple” və bir çox başqa markalar Rusiyada hələ də mövcuddur. Ölkədə “Coca-Cola” satışı davam edir, lakin başqa adla. “PepsiCo” və “Unilever” ölkədə yalnız zəruri malların satılacağını vəd ediblər, lakin bunlara kartof çipsləri və dondurma daxildir. IKEA Rusiya Federasiyasını tərk edib, amma ölkədə “Mega” ticarət mərkəzləri fəaliyyətini davam etdirir.
Rusiyada 3000-dən çox xarici şirkəti araşdıran Kiyev İqtisadiyyat Məktəbi onlardan yalnız 211-nin ölkəni tərk etdiyini bildirir (7%).
Yale İdarəetmə Məktəbi 1600 xarici şirkət haqqında məlumatları araşdırıb, onlardan 1022-sinin fəaliyyətini dayandırdığını açıqlayıb və ya dayandırdığını iddia edib.