İran hakimiyyəti Tehranın vəziyyətin normallaşdırılması üçün irəli sürdüyü tələblərə ABŞ-ın verdiyi cavabı qənaətbəxş hesab etmir. Tehran Vaşinqtondan irəli sürülən yeddi şərtin tam və aydın şəkildə yerinə yetirilməsini istəyir.
Globalinfo.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib.
O, “X” sosial şəbəkəsindəki paylaşımında ABŞ-ın İranın hüquq və tələblərinə verdiyi cavabın inandırıcı olmadığını qeyd edib.
“ABŞ İranın yeddi şərtinə tam və aydın şəkildə cavab verməli, onları yerinə yetirməlidir. Yalnız bundan sonra Hörmüz boğazı açılacaq”, – deyə Rzayi vurğulayıb.
Əliyar Xəlil