
İspaniya Kral Futbol Federasiyası (RFEF) “Tenerife”nin futbolçusu Xesus de Migelin vəfatı səbəbindən bu gün keçirilməsi nəzərdə tutulan ölkə kubokunun matçlarını təxirə salıb.
Globalinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Federasiyanın açıqlamasında təxirə salınmış qarşılaşmaların yeni tarixlərinin yaxın günlərdə müəyyənləşdiriləcəyi bildirilib.
30 yaşlı hücumçu Sequnda çərçivəsində “Tenerife” və “Andorra” komandaları arasında keçirilən oyunda rəqib qapıçı Xesus Ovononun ilə toqquşaraq ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, bu gün İspaniya Kuboku çərçivəsində “Anaitasuna” – “Alaves” və “Pamplona” – “Eibar” matçları keçirilməli idi.
Əliyar Xəlil,