tILXoJ

Gəncə şəhərində qətl hadisəsi törədilib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, 1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda ölməsi müəyyən edilib.

Aparılan istintaq tədbirləri ilə müəyyən olunub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib. Artıq Ə.Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Paylaş: