T3Y09X1rkg5457nUOlGEPEgVzQ9HrzLguaiJoiwH 1200

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün artıq real vəziyyətə çevrildiyini, növbəti mərhələdə isə bu prosesin hüquqi cəhətdən rəsmiləşdirilməsinin vacib olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, Paşinyan bu fikirləri Brüsseldə keçirilən Avropa İttifaqının genişlənməsi üzrə sammit çərçivəsində “Euronews”a müsahibəsində səsləndirib.

Baş nazirin sözlərinə görə, Avropa İttifaqının münaqişə vəziyyətində olan ölkəni üzvlüyə qəbul etməyə hazır olması inandırıcı görünmür. Bununla belə, o, Ermənistanla Azərbaycan arasında münasibətlərdə müsbət dəyişiklik baş verdiyini vurğulayıb. Paşinyan qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan sonra iki ölkə arasında sülh bərqərar olub.

O, bu prosesdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsünü və dəstəyini xüsusi qeyd edib.

Paşinyan bildirib ki, əldə olunan razılaşmalar yalnız sülh niyyətini ifadə edən sənəd deyil, həm də real vəziyyətə təsir göstərib:

Baş nazir əldə edilmiş nəticələrin institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırkı beynəlxalq vəziyyət fonunda sülhün hüquqi əsaslarla təsbit edilməsi xüsusi əhəmiyyət daşıyır.

“Xüsusilə dünyada baş verənləri nəzərə alsaq, indi sülhü institusionallaşdırmaq çox vacibdir. Ermənistan və Azərbaycan arasında sülh sazişi Vaşinqtonda xarici işlər nazirlərimiz tərəfindən paraflanıb. İndi biz sazişi imzalamalı və onu ratifikasiya etməliyik”, – Paşinyan vurğulayıb.

Paylaş: