qirLfnybw2TequfdwnkAWwJPMJ9ysu4UpsqtcXT1

Rusiya Prezidenti Vladimir Putin 2026-cı il üçün elan edilmiş “Rusiya Xalqlarının Birlik İli” çərçivəsində həyata keçirilən tədbirlərin ilin sonundan sonra da davam etdirilməsini təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya lideri Millətlərarası Münasibətlər Şurasının iclasında çıxışı zamanı bildirib. Putin hesab edir ki, birlik ili dekabrın 31-də başa çatmamalı, bu istiqamətdə görülən işlər davamlı xarakter daşımalıdır.

O, hökumət və Prezident Administrasiyasına müvafiq təkliflər hazırlamağı, fəaliyyətin hansı formatlarda davam etdirilə biləcəyini müəyyənləşdirməyi tapşırıb. 

Putin qeyd edib ki, ötən il ərzində ölkə üzrə minlərlə tədbir təşkil olunub. Onun sözlərinə görə, bu təşəbbüslər müxtəlif xalqlar, etnik qruplar, regionlar və respublikalar arasında əlaqələrin möhkəmlənməsinə töhfə verib.

Tahir Turan
Globalinfo.az

Paylaş: