
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Türkiyənin “Qalatasaray” klubu Almaniyanın “Ştutqart” komandasını qəbul edib.
Globalinfo.az xəbər verir ki, İstanbulda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qalatasaray”ın hər iki qolunu rusiyalı futbolçu Aleksey Batrakov vurub. O, matçın 12-ci və 15-ci dəqiqələrində rəqib qapısına yol tapıb.
Bu qələbədən sonra Türkiyə təmsilçisinin xalları 6-ya yüksəlib. “Ştutqart” isə 7 xalla qalıb.