SUyul6Gokryf0s8GRdZrwz3yL9XD2D0iIoynubh3 1200

Rusiyada iki azərbaycanlı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Moskva-Çelyabinsk magistral yolunun 1 230-cu kilometrliyində, Severnı rayonunda baş verib.

İlkin məlumata görə, “Ford Focus” markalı avtomobilin sürücüsü ötmənin qadağan olunduğu yerdə qarşı hərəkət zolağına çıxaraq yük maşını ilə toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində həyatını itirib. Sərnişin isə təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı polis əməkdaşları araşdırma aparırlar.

Paylaş: