Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının partiyanın qrup toplantısında taxdığı üzük diqqət çəkib.
Globakinfo.az xəbər verir ki, üzüyün üzərində qədim türk tarixinin mühüm yazılı abidələrindən olan Tonyukuk kitabəsindən “Düşmənin yuxusunu mizraqlarımızla böldük” ifadəsi yer alıb.
Bununla yanaşı, onun eyni simvolu yaxasına taxması da maraqla qarşılanıb.
Qeyd edək ki, Tonyukuk kitabəsi qədim türk dövlətçilik və hərb tarixini əks etdirən Orxon-Yenisey yazılı abidələrindən biridir.
Üzüyün və yaxalığın fotosunu təqdim edirik:
Əliyar Xəlil
Globalinfo.az