637 3 scaled
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın ölkədəki səfiri Qurgen Arsenyan ilə görüşüb.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Görüşdə erməni diplomata Rusiya Xarici İşlər Nazirliyinin “Əməkdaşlığa görə” nişanı təqdim edilib.

Bildirilib ki, Q.Arsenyan mükafatı Rusiya-Ermənistan münasibətlərinin inkişafı və möhkəmləndirilməsinə verdiyi töhfəyə görə alıb.

Tərəflər həmçinin bir sıra ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Paylaş: