Putinin 4 il öncə türk liderə dediyi söz yenidən gündəm oldu

Rusiya Prezidenti Vladimir Putinin 5 il öncə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə arasında keçən dialoq yenidən gündəm olub. 

Globalinfo.az xəbər verir ki, dialoq Valday Diskussiya Klubunun 2019-cu ildə təşkil etdiyi görüşdə baş tutub.

Qazaxıstan prezidenti müzakirə zamanı nüvə silahına sahib olmamaq və dünya ölkələri ilə yaxşı münasibətlər qurmağın daha müsbət seçim olduğunu deyib:

“Nüvə silahına sahib olmaq təhlükəsizliyi təmin etmir və iqtisadi inkişafın qarşısını alır. Nüvə silahı olmadan iqtisadiyyata daha çox investisiya cəlb etmək, dünyanın digər ölkələri ilə yaxşı əlaqələr qurmaq daha vacibdir” .

Putin isə Tokayevin çıxışına “Səddam Hüseyn də belə düşünürdü” cavabını verib.

Qeyd edək ki, Səddam Hüseyn İraqın 5-ci prezidenti olub. O, 2006-cı ildə edam edilib.

Ayşən Mustafa
Globalinfo.az