
ABŞ-ın İrana nüvə zərbəsi endirməyə hazırlaşdığını düşünmək üçün real əsaslar mövcud deyil.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, jurnalist Taker Karlsonun bu barədə açıqlaması ABŞ-da aralıq seçkilər ərəfəsində səsləndirilib.
“Seçicilərdə seçkiqabağı əhval-ruhiyyə formalaşdırmaq üçün bəzən belə üsullara əl atılır. İrana mümkün zərbə ilə bağlı yayılan məlumat digər mənbələr tərəfindən təsdiqlənmir”, – Lavrov vurğulayıb.
Əliyar Xəlil,