u s first lady melania 110682945 scaled

ABŞ-ın birinci xanımı Melaniya Tramp Ukrayna və Rusiya nümayəndələri arasında Ağ Evdə görüş təşkil edəcək. O, daha əvvəl iki ölkə arasında təmasların qurulması təşəbbüsü ilə çıxış edib və Xerson vilayətinin Oleşki şəhəri və ətrafında müvəqqəti atəşkəsin əldə olunmasına nail olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hər iki ölkənin nümayəndələri Ağ Evdə bir araya gələcəklər. Melaniya Tramp isə noyabrın 5-də, cümə axşamı günü, ABŞ-ın şərq vaxtı ilə saat 11:00-da əldə olunan razılaşmalar barədə açıqlama verəcək.

Ağ Evdən bildirilib ki, təşəbbüs birinci xanımın şəxsi diplomatik fəaliyyəti nəticəsində həyata keçirilib. Belə ki, Melaniya Tramp müharibə şəraitində olan iki ölkənin nümayəndələri arasında əlaqələrin qurulmasına özü təşəbbüs göstərib.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: