mermer

APA-nın əməkdaşları Xocavənddə azərbaycanlılara aid qəbiristanlıqlardan sökülən qəbir daşlarını ermənilərin yaşadığı evdə aşkarlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Xocavənd rayonunun Azıx kəndində çəkiliş aparan zamanı 20 azərbaycanlıya məxsus məzar daşı tapılıb. Mərmər daşlar erməni ailənin yaşadığı evin qarajında aşkarlanıb. Məzar daşlarının üzərində ad-soyad, doğum və ölüm tarixləri qeyd olunub:

Əliyeva Qönçə Həmzə qızı (1914-1990)

Qarayev Əli Zülfüqar oğlu, (1933-1992)

Hüseynova Telli Şirin qızı, (1903 -1991)

Məmmədov Sərxan Gülmalı oğlu (1886-1975)

Hacıyeva Bəyim Ələkbər qızı, 1912-1989,

Məmmədova Şamama Namaz qızı, (1894-1978)

Səfiyev Fərhad Mürsəl oğlu (1917-1993)

Atakişiyeva Bəyaz Şirin qızı (1906-1979)

Quliyev Əyyub Hüseynalı oğlu (1924-1991)

Həsənov Soltan Şirin oğlu (1928-1991)

Abbasov Qadir Allahyar oğlu (1971-1983)

Zeynalov Umud Səlim oğlu (1926-1990)

Bəzi məzar daşlarında ad-soyad olmasa da, şəkillər var.

Qeyd edək ki, Xocavənd rayonunun Azıx kəndi 1993-cü ildə erməni silahlı birləşmələrinin nəzarətinə keçib, 2020-ci il noyabrın 9-da işğaldan azad olunub.

Hazırda kənd mina və partlamamış sursatlarla çirklənmiş hesab olunur.

APA-nın əməkdaşlarının kənddə olmasına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşları dəstək olub və təhlükəsizliyi təmin ediblər.

Ermənilərin azərbaycanlıların qəbirlərindən sökdüyü mərmər daşlar Azıx kəndində erməni evində aşkarlanıb - FOTO Ermənilərin azərbaycanlıların qəbirlərindən sökdüyü mərmər daşlar Azıx kəndində erməni evində aşkarlanıb - FOTO Ermənilərin azərbaycanlıların qəbirlərindən sökdüyü mərmər daşlar Azıx kəndində erməni evində aşkarlanıb - FOTO Ermənilərin azərbaycanlıların qəbirlərindən sökdüyü mərmər daşlar Azıx kəndində erməni evində aşkarlanıb - FOTO Ermənilərin azərbaycanlıların qəbirlərindən sökdüyü mərmər daşlar Azıx kəndində erməni evində aşkarlanıb - FOTO Ermənilərin azərbaycanlıların qəbirlərindən sökdüyü mərmər daşlar Azıx kəndində erməni evində aşkarlanıb - FOTO Ermənilərin azərbaycanlıların qəbirlərindən sökdüyü mərmər daşlar Azıx kəndində erməni evində aşkarlanıb - FOTO Ermənilərin azərbaycanlıların qəbirlərindən sökdüyü mərmər daşlar Azıx kəndində erməni evində aşkarlanıb - FOTO Ermənilərin azərbaycanlıların qəbirlərindən sökdüyü mərmər daşlar Azıx kəndində erməni evində aşkarlanıb - FOTO Ermənilərin azərbaycanlıların qəbirlərindən sökdüyü mərmər daşlar Azıx kəndində erməni evində aşkarlanıb - FOTO Ermənilərin azərbaycanlıların qəbirlərindən sökdüyü mərmər daşlar Azıx kəndində erməni evində aşkarlanıb - FOTO

Paylaş: