“Qəbələ”nin oyununda beş qol vuruldu – 14 tur sonra qələbə…

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tur başa çatıb.

Globalinfo.az xəbər verir ki, turun son görüşündə “Səbail” “Qəbələ”ni qəbul edib.

Görüşdə Qəbələ təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

Bu nəticənin ardından autsayder “Qəbələ” xal ehtiyatını 20-yə yüksəldib. “Səbail” isə 45 xalda qalıb.

Qeyd edək ki, XXXIII turun digər görüşlərində “Qarabağ” “Neftçi”ni (5:0), “Zirə” “Turan Tovuz”u (2:1), “Sabah” isə “Araz-Naxçıvan”ı (1:0) məğlub edib. “Kəpəz” – “Sumqayıt” qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan Premyer Liqası
33-cü tur
6 may

“Səbail” – “Qəbələ” 2:3
Qollar: Aleksandr Ramalinqom, 17-pen. Pedro Nuno, 40-pen – Osama Xalayla, 20; 56-pen. Əyyub Allaş, 32.
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.
“ASCO Arena”, 19:00.