Qarabağı tərk edən ermənilərin sayı

Qarabağdan könüllü şəkildə köçən ermənilərin sayı 78 min nəfəri keçib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, sentyabrın 28-i səhər saat 22:00-a olan məlumata görə, 78 354  nəfər Laçın dəhlizindən keçərək Ermənistana daxil olub.