Qarabağdakı sülhməramlılar haqda kritik açıqlama – “Gələn ilin yayında…”

Kremlin mətbuat katibi Dmitri Peskov bəzi Qərb dövlətlərinin Qarabağ ətrafında sabitliyi pozmağa çalışdığını bildirib. Onun sözlərinə görə, Qərb dövlətləri Rusiyanı Qarabağdan çıxarmağa çalışır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda daimi saxlamağa çalışır:

“Onların fəaliyyəti burada atəşkəsi qoruyub, təhlükəsizliyi təmin etmək idi. Artıq silahlı erməni birləşmələri də ərazilərdən çıxıb.

Rusiya Qarabağ məsələsini yenidən gündəmə gətirməklə Qərbin önünə çıxmağa çalışır. Əslində, ermənilər Qarabağa qayıtmasa, sülhməramlıların ərazidə qalmasının əhəmiyyəti sıfıra enir. Ona görə də hesab edirəm ki, gələn ilin yayına kimi sülhməramlıların Azərbaycanı tərk etməsi də gündəmə gələ bilər.

Kreml sülhməramlıları Qarabağda saxlamaqla ermənilərin geri qayıtmasına nail olacağına ümid edir, lakin bu o qədər də inandırıcı görünmür.

Qərb isə erməniləri beynəlxalq missiya altında yenidən Qarabağa köçürtməyə çalışır. Rusiya da bu məsələdə eyni mövqedən çıxış edir, lakin beynəlxalq missiyanın gəlməsinə qarşıdır. Peskovun açıqlaması həm də bu məsələyə ismarışdır”.

Safura Bənnayeva
Globalinfo.az