“Qarabağda erməni qalmayıbsa, Rusiya sülhməramlı niyə qalsın?!” – Niyaməddin Orduxanlı

“Rusiya prezidenti Vladimir Putin Valday forumunda açıq şəkildə bildirdi ki, Qarabağda erməni qalmayıb. Qarabağ problemi bitib və Azərbaycan öz suverenliyini bərpa edib. Belə olduğu halda Qarabağda Rusiya sülhməramlı qüvvələrinin Qarabağda niyə qalsın?” –

Globalinfo.az xəbər verir ki, bu açıqlamanı Moderator.az-a BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, artıq Rusiya sülhməramlı qüvvələrinin Qarabağda 5 il qalmasına heç bir ehtiyac yoxdur: “Elə bir necə saat qabaq mətbuatdan oxudum ki, Rusiya Müdafiə Nazirliyi açıqlayıb yayıb ki, rus sülhməramlılarının Qarabağdakı bir neçə məntəqəsi sökülüb. Bundan sonra kimi kimdən qoruyacaqlar ki? Prezident İlham Əliyev də bəyan edib ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə tam təminat verilir. Məncə, bundan sonra sülhməramlılar çox qalmaz. Putin də bunu bilir. Rusiya prezidenti Putin bu gün Azərbaycanın dövlət və milli maraqlarına uyğun çıxış edirsə, bunun nəyi pisdir?! Xaricdən idarə olunan fit müxalifətinin başı Əli Kərimli Xankəndinin azad olunmasından sonra Zəngəzurdan danışır. Utanmadan deyir ki, 192 şəhid niyə vermişik? Azərbaycan tərəfi niyə çox şəhid verib? Əvvəla, şəhidlərimizin hər biri bizim üçün çox böyük itkidir! Şəhidlərimiz Xankəndini, Xocalını, Ağdərəni 30 ildən sonra geri qaytararaq tam suverenliyimizi qanları hesabına əldə etdilər. Ancaq nədənsə Əli Kərimli özünün də təmsil olunduğu hakimiyyət illərində, 1-ci Qarabağ müharibəsi dövrüdə 12 000 əsgərimizin şəhid olduğunu, 10 000 artıq mülki vətəndaşlarımızın həyatını itirdiyini, 4000-dən artıq vətəndaşımızın itki düşməsini, 20% torpağımızın işğal olunduğunu, 1 milyon vətəndaşımızın məcburi köçkün düşdüyünü unudub. Adam sanki İlham Əliyevin 250 ildən sonra Azərbaycan torpaqlarının müəyyən hissəsinin geri qaytarmasını qəbul etmir.”

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərara da münasibət bildirib: Hamımız bilirik ki, Avropa İttifaqı bir xristian klubudur. Nə vaxtdır ki, qardaş Türkiyəni bu ittifaqa buraxmırlar və bunun da kökündə Türkiyənin müsəlman ölkəsi olması dayanır. Avropada islamafobiya çox geniş yayılıb. Elə həmin Avropanın ədalətsiz mövqeyi nəticəsində 1988-ci ildə erməni separatizmi baş qaldırdı və onlar da bu separatizmi dəstəklədilər, separatçılara maliyyə yardımı ayırdılar, Ermənistanı işğalçı dövlət kim tanımadılar, Ermənistana sanksiya tətbiq etmədilər. Nəticədə Ermənistan etnik təmizləmə siyasəti həyata keçirdi. Bu etnik təmizləmə siyasətini də çox acımasızcasına, azərbaycanlılara münasibətdə ağır işgəncələrə yol verməklə, qarlı, soyuq havada onları ayaqyalın öz ev-eşiklərindən qovmaqla, insanları qovub Araz çayına tökməklə həyata keçirdilər. Amma Avropa o zaman bunları görmədi, Ermənistana sanksiya tətbiq etmədi, Erministanın bu hərəkətini pisləmədi. İndi ermənilər emənilər özləri Azərbaycanın qanunları çərçivəsində yaşamaq istəmirlər və Qarabağdan köçüb gedirlər və avropalılar bunu “etnik təmizləmə” adlandırırlar. Halbuki Azərbaycan polisi onlara su, qida verir və onları sərhədçilərimizilə birlikdə hörmətlə yola salır. Bütün bunlar onu göstərir ki, biz, nə etsək də Avropanın bizə münasibətini dəyişə bilmərik. Bu, o halda ola bilər ki, biz, öz hüquqlarımızdan imtina edək. Əlbəttə Azərbaycan buna getməyəcək. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclüdür, onun güclü, təbii müttəfiqləri var. Ona görə də Avropa İttifaqı bu tipli qərarlar qəbul etməklə yalnız Avropada islamafobiyanın nə dərəcədə güclü olmasını göstərəcək. Azərbaycana münasibətldə bu ölkələrin nə qədər nifrətdolu hisslər yaşadığını nümayiş etdirəcək, münasibətlərimizə ziyan vuracaq. Azərbaycan hər bir halda onsuz da öz ərazi bütövlüyünü bərpa edib. Öz ərazilər üzərində dövlət suverenliyini təmin edib. Bu yoldan bizi hədələrlə, qorxutmaqla heç kim çəkindirə bilməz və Avropa Parlamentinin qəbul etdiyi rüsvayçı qərar onların tarixində, Azərbaycan-Avropa İttifaqı münasibətlərində qara ləkə olaraq qalacaq”.