baqratt 1

Erməni arxiyepiskop Baqrat Qalstanyan Azərbaycanın işğal altındakı Kərki kəndini ziyarət edib.

Globalinfo.az xəbər verir ki, Qalstanyan Vayoç Dzor vilayətinə səfəri zamanı Azərbaycan eksklavına gəlib. O, Paşinyanın Kərkini Azərbaycana verməyə hazırlaşdığını deyib:

“Antixristin hakimiyyəti masaya bu ərazinin verilməsini də qoyub. Biz daima Türkiyə-Azərbaycan tandeminin sonsuz önşərtləri ilə qarşılaşmaq məcburiyyətində qalırıq. Bunlar sırasında konstitusiyanın dəyişməsi, Minsk Qrupunun buraxılması, Zəngəzur dəhlizinin verilməsi var. Artıq aydındır ki, demarkasiya və delimitasiya yoxdur, sadəcə vətənin antixristin hakimiyyətinin gücü ilə alınması var”.

O deyib ki, Kərkini Ermənistandan alsalar bu, fəlakətlə nəticələnəcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: