korpe 17

Bakıda ananın 10-15 günlük körpəsini zibil qutusuna atmasının görüntüləri yayılıb.

Globalinfo.az Baku TV-yə istinadən görüntüləri təqdim edir.

Qeyd edək ki, hadisə dünən saat 14 radələrində Sabunçu qəsəbəsi Tatarski küçəsində yerləşən “Oba” marketin yaxınlığında baş verib.

Oradakı zibil yeşiklərindən birinin içərisindən 10-15 günlük körpə parçaya bükülmüş halda aşkar edilib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Körpə həkimlərin iştirakı ilə 1 saylı Körpələr Evinə aparılıb.

Uşağın anası S.Qasımova polis əməkdaşları tərəfindən müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib.

Hazırda həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Körpənin kənd sakinləri tərəfindən tapılma anı

***12:43

Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən bildirilib ki, körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərilib, lazımı müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır.

***09:58

Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər.

Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.

Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.

Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.

***09:06

Bakıda 10-15 günlük körpə küçəyə atılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətə uşaq aşkar edilib.

Uşaq hazırda Körpələr evinə yerləşdirilib.

Körpənin valideynlərinin aşkar edilərək müəyyən olunması istiqamətində araşdırma aparılır.

Paylaş: